Əsas Səhifə » Məqalələr » Bronxial astma: əlamətləri və müalicəsi
Bronxial astma ağciyərlərinizə təsir edən bir xəstəlikdir. Bu, xroniki (davamlı) vəziyyətdir, yəni keçib getmir və davamlı tibbi nəzarət tələb edir.
Bronxial astmadan hazırda dünyada 300 milyondan çox insan əziyyət. Müalicə alunmasa, astma həyat üçün təhlükəli ola bilər.
Normal nəfəs alanda hava yollarınızın ətrafındakı əzələlər rahatdır və havanın asanlıqla və səssiz hərəkət etməsinə imkan verir. Astma tutması zamanı bu üç şey baş verə bilər:
Hava yollarınız daralanda, nəfəs alarkən “fışıltı” adlanan səs çıxarırsınız – bu, nəfəs verərkən hava yollarınızın çıxardığı səsdir.
Astma tutmasına həmçinin kəskinləşmə və ya alovlanma da deyilir. Bu, astmanızın nəzarətdən çıxdığını göstərən termindir.
Astma səbəbinə və simptomların ağırlığına görə növlərə bölünür. Həkim mütəxəssislər astmanı belə müəyyənləşdirir:
Astmanın bir neçə səbəbi var:
Astma həmçinin ola bilər:
İstənilən şəxsdə istənilən yaşda bronxial astma inkişaf edə bilər. Allergiyası olan və ya tütün tüstüsünə məruz qalan insanlarda astmanın yaranma ehtimalı daha yüksəkdir.
Bura həm ikincili tüstü (başqa birinin siqaret çəkməsinə məruz qalma), həm də üçüncü dərəcəli tüstü (kimsənin siqaret çəkdiyi yerlərdə geyim və ya səthlərlə təmas) daxildir.
Statistikaya görə, qadınlarda, kişilərə nisbətən astma daha çox rast gəlinir.
Tədqiqatçılar bəzi insanlarda niyə astma olduğunu, digərlərində isə olmadığını bilmirlər. Lakin bəzi amillər daha yüksək risk yaradır:
Sizi qıcıqlandıran maddələrlə təmasda olduqda astma tutması keçirə bilərsiniz. Həkimlər bu maddələri “trigerlər” adlandırır. Astmanızı nəyin tetiklədiyini bilmək, astma tutmalarından yayınmağı asanlaşdırır.
Bəzi insanlarda triger dərhal tutma yarada bilər. Digər insanlarda və ya başqa vaxtlarda tutma saatlar və ya günlər sonra başlaya bilər.
Trigerlər hər kəs üçün fərqli ola bilər. Lakin bəzi ümumi trigerlərə bunlar daxildir:
Astması olan insanlarda adətən aşkar simptomlar olur. Bu əlamət və simptomlar bir çox tənəffüs yolu infeksiyalarına bənzəyir:
Astma zamanı hər kəskinləşmədə bu simptomların hamısı olmaya bilər. Xroniki astma zamanı müxtəlif vaxtlarda fərqli simptom və əlamətlər ola bilər. Həmçinin, simptomlar astma tutmaları arasında dəyişə bilər.