doctora.az | Həkim mütəxəssisləri rahatlıqla tapın

Hepatit C virusu: Əlamətləri və müalicəsi

Hepatit C virusu: Əlamətləri və müalicəsi

Hepatit C virusu, qaraciyərə təsir edən və həm kəskin, həm də xroniki ola bilən viral infeksiyadır.

Kəskin dövrdə halsızlıq, iştahasızlıq, qusma, qarın ağrısı kimi əlamətləri olan; xroniki hala keçdikdə isə səssiz şəkildə irəliləyə bilən Hepatit C, müalicə edilmədikdə sirroz və qaraciyər çatışmazlığına səbəb ola bilər.

Kəskin hepatit C halları bir neçə həftəyə sağala bilərkən, xroniki hallarda xəstəlik daha ciddi gedişatlı olur və sağalması uzun müddət çəkə bilər.

Hepatit C nədir?

Hepatit C, eyni adla tanınan Hepatit C virusunun səbəb olduğu və qaraciyər iltihabına gətirib çıxaran xəstəlikdir. Xəstəlik uzunmüddətli dövrdə qaraciyər zədələnməsinə və qaraciyər sirrozunun inkişafına səbəb olur.

Hepatit C virusu 1989-cu ildə kəşf edilmişdir. Xəstəlik haqqında məlumatların az olduğu dövrlərdə, xəstəlik əlamətləri hepatit A və hepatit B-yə bənzədiyi üçün bu xəstəlik qeyri-A, qeyri-B hepatiti (A və B-yə bağlı olmayan) adı ilə tanınırdı.

Viral hepatit, virus adlanan yoluxucu mikroblarla yaranan qaraciyər iltihabı xəstəliyidir. Klinik və laborator olaraq kəşf edilmə sıralarına görə A hepatiti, B hepatiti, C hepatiti, D hepatiti və E hepatiti şəklində adlandırılmışdır.

Hər biri ayrı bir mikrobdur, fərqli yoluxma yolları və fərqli nəticələri var. Hepatit B (bəzən hepatit D ilə birlikdə) və hepatit C xroniki xəstəlik yaratmaları nəticəsində qaraciyər sirrozu və qaraciyər xərçənginə səbəb olmaları baxımından daha ciddi nəticələri olan xəstəliklərdir.

Dünyada hər il təxminən bir milyon insan hepatit B və hepatit C-yə bağlı qaraciyər sirrozu və xərçəngi səbəbindən həyatını itirir.

Hepatit C yaranma səbəbi nədir?

Viral infeksiya olan Hepatit C xəstəliyi, HCV virusuna bağlı olaraq orqanizmdəki immunitet hüceyrələrinin qaraciyərə hücum etməsi nəticəsində meydana gəlir. İnfeksiya, virusun olduğu qanın, yoluxmamış bir şəxsin qan dövranına daxil olması ilə yayılır.

Hepatit C xəstəliyinin risk faktorları bunlardır:

  • Narkotik maddələri inyeksiya edən, çəkən və ya nəfəsinə çəkən hər kəs
  • Qaraciyər testlərində anormallıq olub, səbəbi tapılmayan şəxslər
  • Qanla təmas edən və ya iynə batması nəticəsində yaralanan tibb işçiləri və təcili yardım əməkdaşları
  • Uzun müddət hemodializ müalicəsi alanlar
  • HİV infeksiyası olan şəxslər

Hepatit C necə yoluxur?

Virus əsasən qaraciyərdə və qanda olur. Əsas yoluxma yolu qandan-qana keçmədir. Yoluxma yolları:

  1. Narkotik istifadəsi zamanı eyni şprisdən istifadə
  2. Qan köçürülməsi (xüsusilə 1990-cı ildən əvvəl edilən köçürmələr risklidir)
  3. Sterilizasiya edilməmiş tibbi alətlər, döymə avadanlıqları
  4. Eyni ülgüc və diş fırçasından istifadə (qanla təmas ehtimalı səbəbilə)

Virus tüpürcək, sidik, sperma kimi bədən mayelərində olmur. Cinsi əlaqə zamanı yoluxma nadir hallarda baş verir. Bədən mayelərində virusun olması üçün bu mayelərə qan qarışmalıdır (məsələn, diş əti qanaması kimi).

Qeyd: Menstruasiya dövründə cinsi əlaqə riskli ola bilər (qanın açıq yaraya toxunması ilə).

Hepatit C-nin əlamətləri hansılardır?

Kəskin Hepatit C əlamətləri (virus orqanizmə daxil olduqdan bir neçə həftə sonra):

Xroniki Hepatit C gizli gedişatlıdır. Əsasən halsızlıq və iştahasızlıq müşahidə olunur. Sirroz inkişaf etdikdə:

Ağır mərhələdə:

  • Huşun itirilməsi müşahidə oluna bilər
  • Nitq pozğunluğu
  • Unutqanlıq

Hepatit C virusu müalicəsi

Hepatit C virusu müalicə edilə bilən xəstəlikdir, lakin virusla yoluxanların az bir qismi müalicə alır. Səbəblər:

  • Əlamətlərin illərlə aşkar edilməməsi
  • Əlamətlərin yalnız yorğunluq kimi qəbul edilməsi
  • Virusun daşıyıcılığının bilinməməsi

Müalicənin məqsədi daimi viroloji cavab əldə etməkdir – yəni qanda virusun tamamilə yox olması. Erkən aşkarlandıqda müalicə şansı yüksəkdir.

Xəstəlik adətən:

  • Hamiləlik dövründə
  • Qan vermə zamanı aşkarlanır

Diaqnostika HCV RNA testi ilə aparılır. Müasir dərman müalicəsi ilə 100%-ə yaxın hallarda virus orqanizmdən tam təmizlənir.

Hepatit C virusu haqqında tez-tez verilən suallar

Hər Hepatit C xəstəsi sirroz alur?

Xroniki hepatit C olan hər xəstədə siroz inkişaf etmir. Xroniki Hepatit C-yə yoluxan hər 4-5 nəfərdən 1-də xəstəlik sirroza keçir.

Hamilə qadın Hepatit C-dən müalicə edilə bilərmi?

Hepatit C hamiləlik dövründə müalicə edilmir. Bu dövrdə istifadə edilən bəzi dərmanlar körpənin sağlamlığına mənfi təsir göstərə bilər. Hepatit C olan qadın hamilə qalmaq istəyirsə, buna uyğun olaraq dərman planlaması aparılır. Hepatit C, Hepatit C olan anadan doğmamış körpəyə keçə bilər. Evlilik öncəsi testlərdə Hepatit C aşkar edilərsə, gecikmədən müalicəyə başlanır.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

Bu yazını paylaş

Leave a Reply

Your email address will not be published. Required fields are marked *