doctora.az | Həkim mütəxəssisləri rahatlıqla tapın

Saç tökülməsi: Səbəbləri nələrdir? Qarşısını necə alaq?

Saç tökülməsi: Səbəbləri nələrdir? Qarşısını necə alaq?

Saç tökülməsi əsasən genetik mənşəli olmaqla yanaşı müxtəlif xəstəliklər səbəbindən də baş verə bilər. Bununla yanaşı, müvəqqəti xəstəliklər sinusit, infeksiya, bağırsaq paraziti saç tökülməsini tetikləyərkən B12, maqnezium, sink və dəmir çatışmazlığı da saç tökülməsinə səbəb olur.

Saç tökülməsi saç sağlamlığımız üçün normal bir vəziyyətdir. Zəifləyən saçlar özlərini yeniləmək üçün tökülür və saç köklərindən sağlam saçlar əmələ gəlir. Lakin bunun müəyyən bir nisbəti olmalıdır.

Elmi olaraq tökülən saç telinin nisbəti ümumi saç telinin on faizlik həddini keçdikdə bu, qeyri-sağlam tökülmənin yaşandığı mənasına gəlir və həkimə müraciət etməkdə fayda var.

Saç niyə tökülür?

Kişilərdə saç tökülməsi yeniyetməlik dövründən sonra ortaya çıxmağa başlayır. Kişi genetikası saç tökülməsinə daha meyilli olduğu üçün yaş artdıqca keçəllik problemi meydana gəlir.

Qadınlarda saç tökülməsi daha nadir olmaqla bərabər fərdi gen fərqliliklərindən qaynaqlanır. Stresli həyat, qalxanabənzər vəzi hormonunun tarazsızlığı, kontraseptiv həblərin istifadəsi, doğum prosesi, əmizdirmə dövrü, menopauza dövrü qadınlarda saç tökülməsini tetikləyir.

Saç baxımı adı altında edilən daimi dalğa (perma), fen və s. başqa prosedurlar saç dərisinin həddindən artıq istiyə məruz qalmasına və uzun müddətdə saç tökülməsinə səbəb olur.

Nə qədər saç tökülməsi diqqətə alınmalıdır?

Gündəlik prosesdə yuma və darama sonrası tökülən saçlar həyat dövrünü bitirmiş saçlardır. Bu şəkildə gündə 100 saç telinə qədər tökülən saçlar normal hesab edilir və 8-10 həftəyə qədər yerlərinə dərhal yeniləri çıxır.

Saç tökülməsinin səbəbləri nələrdir?

Saçın həyat dövrəsinə bağlı olaraq gündə 100 saç telinin tökülməsi normal hesab edilərkən, bu nisbətdən artıq olan saç tökülmələri ciddi qəbul edilməli və həkimə müraciət edilməlidir. Saç tökülməsinin bir çox fərqli səbəbi ola bilər:

  • “Androgenetik alopesiya” olaraq da adlandırılan genetik səbəblərə bağlı saç tökülməsi daha çox kişilərdə və menopauza sonrası qadınlarda da görülə bilən bölgəsəl saç tökülməsidir. Kişilərdə saç tökülməsi daha çox gicgahlar və təpədən başlayır, qadınlarda isə tökülmə sahələri daha çox təpə bölgəsindədir.
  • Liken planus kimi bəzi dəri xəstəliklərində geriyə dönüşü olmayan daimi saç tökülmələri inkişaf edə bilər. Liken planus xəstəliyinin erkən diaqnozu və müalicəsi, daimi saç tökülməsinin qarşısını alma baxımından olduqca vacibdir.
  • Bəzi şəxslər isə psixoloji səbəblərə bağlı olaraq öz saçlarını qoparırlar. Tibbdə bu xəstəliyə trixotillomaniya adı verilir və psixoloji dəstək ilə müalicə edilə bilər.
  • Qalxanabənzər vəzi xəstəlikləri kimi hormon nizamsızlığına yol açan bəzi xəstəliklər də saç tökülməsinə səbəb ola bilər.
  • Hamiləlik dövründə hormon səviyyəsindəki fərqliliklər səbəbi ilə saç tökülməsi müşahidə edilə bilər. Çox vaxt bu vəziyyət müvəqqətidir.
  • Anemiya yəni qansızlıq xüsusilə qadınlarda müşahidə edilən saç tökülməsinin ən sıx rast gəlinən səbəblərindən biridir. Anemiya müalicəsi ilə saç tökülmələrinin dayandırılması mümkün ola bilər.
  • Bədəndə dəmir, sink kimi mineralların çatışmazlığı saç tökülməsinə yol aça bilər. Bu kimi hallarda mineral əlavələri edilərək saçların tökülməsinin dayandırılması mümkün ola bilər.
  • Bəzi həyat vərdişləri də saç tökülmələrinə səbəb ola bilər. Bunların başında; nizamsız və yetersiz qidalanma, hərəkətsizlik, stress yer alır.
  • Yanlış saç baxım vərdişləri saç tökülmələrinin digər səbəbidir. Saçı daim çox sıx yığma, yanlış yuma vərdişləri, saçı kimyəvi maddələrə məruz qoyma nümunə olaraq göstərilə bilər.

Kişilərdə saç tökülməsi səbəbləri

Ən sıx rast gəlinən saç tökülməsi səbəbi, testosteron hormonunun saç köklərini həddindən artıq həssas hala gətirməsi nəticəsində baş verən kişi tipi saç tökülməsidir. Daha çox kişilərdə görülməklə bərabər, qadınlarda da görülən tipdir.

Androgenetik olaraq bilinən bu tip tökülmədə, tökülmə alından arxaya doğru baş verir və yaş irəlilədikcə tökülmə nisbəti də artır. Kişilərdə yaranan tökülmənin əksəriyyəti bu şəkildə baş verir.

kişilerde sac tokulmesi

Əgər tökülmə şəkli kişi tipi tökülmədirsə tökülən yerin sahə böyüklüyünə baxılır. Bu açıqlıq qapanmayacaq vəziyyətdədirsə və saç kök itkisi çox çoxdursa saç əkimi tövsiyə edilir.

Daha az saç itkisi olan kişi tipi saç tökülmələrində isə, 80-90% ətrafında uğur əldə edilən PRP və Mezoterapiya ilə dəstək müalicəsi tövsiyə edilir. Digər ən sıx rast gəlinən saç tökülmə səbəblərindən biri isə yetersiz qidalanmadır.

B12, dəmir çatışmazlığı, sink, biotin və fol turşusu çatışmazlığı kimi səbəblər qan yolu ilə qidalanan saç kökünü sağlamsız edir və nəticədə kökdən qidalana bilməyən saç telini zəiflədir.

Bu səbəblə, şok pəhriz tətbiqləri, meyvə və tərəvəzdən məhrum qidalanma, proteindən məhrum pəhrizlər saç sağlamlığında mənfi rol oynayır.

Xüsusilə uşaqlardakı saç tökülmə problemlərində mütləq uşağın qan testi ilə vitamin və mineral yoxlamaları aparılmalı və qidalanma forması izlənilməlidir.

Qadınlarda saç tökülməsi səbəbləri

Qadınlarda saç tökülməsində isə ən sıx rast gəlinən səbəblər qalxanabənzər vəzi xəstəliyi, diabet və dəmir çatışmazlığı anemiyasıdır.

Qadınlar saç tökülməsi şikayəti ilə həkimə müraciət etdiklərində, öncəliklə bunun kişi tipi saç tökülməsi yoxsa qadın tipi saç tökülməsi olduğunu öyrənmək məqsədi ilə lazımi müayinələr aparılır.

Tökülməyə bir xəstəliyin səbəb olub olmadığı araşdırılır və ardından da qan analizləri və testlər aparılaraq dəmir, biotin və sink kimi vitamin çatışmazlığı ya da qalxanabənzər vəzi xəstəliyinin olub olmadığı müəyyən edilir.

Bunun nəticələrinə baxılaraq tökülmə tipi müəyyən edilir və uyğun olan müalicəyə başlanılır.

Saç tökülməsinin qarşısını necə alaq?

Kişi saç tökülməsində erkən mərhələdə tökülmə nəzarət altına alındıqda saç əkimi əməliyyatına ehtiyac qalmadan saç miqdarının artması təmin edilə bilər.

Bu məqsədlə tətbiq edilə bilən üsullar dihidrotestosteron (DHT) yaranmasının tibbi tətbiqlərlə məhdudlaşdırılması, topikal losyon tətbiqləri, saç hüceyrə bölünməsinin lazerlə sürətləndirilməsi, trombositdən zəngin plazma (PRP) istifadəsidir.

Bu üsullarla itki gecikdirilə bilər. Son dövrdə “kök hüceyrə” tətbiqi də bu sahədə uğurlu nəticələr göstərmişdir.

Hələ saç tökülməsini qəti dayandıran bir üsul tapılmadığı üçün mövcud üsullar xəstənin ehtiyacına görə birlikdə istifadə edilərək ən yüksək nəticə alınmağa çalışılır.

Saç teli analizi (trikoloji tətbiqlər) edildikdən sonra saça qida daşıyan qan damar sistemi qiymətləndirilir və hüceyrə bölünməsinin davamlılığı üçün lazım olanlar müəyyən edilir.

Anti-oksidandan zəngin Q-enzim 10, Omega 3, Omega 6 baxımından zəngin yağ turşuları, toxuma sağaldıcı xüsusiyyəti olan lizin kimi amin turşularından zəngin məhsullar və bölgədəki qan axınını sürətləndirmək üçün lazer tətbiqləri edilir.

Eyni zamanda nano molekulyar quruluşa malik saç dərisinə tətbiq edilən məhsullar saç kökünə keçərək saç telini kökdən qidalandırır. Saç itkisinin qarşısının alınması üçün alınan tədbirlər yalnız saça yönəlik tətbiqlərlə məhdud deyil.

Şəxsin yaşı, ümumi sağlamlığı və qidalanma rejimi də bu mövzuda vacib rol oynayır. Sink, selen, B vitaminləri kimi müntəzəm qidalanma ilə alınması lazım olan vitamin və minerallarla saç baxımı dəstəklənməlidir.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.




Bu yazını paylaş